Play Store

Azərbaycanda Şri Lanka vətəndaşı olan beş qanunsuz miqrant - saxlanılıb

Dövlət Miqrasiya Xidmətinin Dövlət Sərhəd Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 5 nəfər Şri Lanka vətəndaşı saxlanılıb.

DMX-dən Metbuat.az-a verilən məlumata görə, araşdırma zamanı Şri Lanka vətəndaşlarının Azərbaycan-İran-Türkiyə marşrutundan istifadə etməklə qanunsuz yollarla Avropaya getmək üçün Azərbaycana gəldikləri müəyyən edilib. Belə ki, qeyd olunan şəxslərin Avropaya aparılmasının Fransada yaşayan Sangal, Türkiyədə yaşayan Usmandar, İranda yaşayan Zəki adlı şəxslərdən ibarət beynəlxalq dəstə tərəfindən təşkil edildiyi məlum olub. Bu məqsədlə dəstə üzvlərindən Zəkinin müraciəti əsasında Azərbaycan vətəndaşı İltimas Əliyev Şri Lanka vətəndaşlarını əvvəlcə Bakı şəhərində yerləşdirib. Sonradan Zəkinin sifarişi ilə əcnəbilər dövlət sərhəddindən qanunsuz olaraq keçirilmək məqsədilə Yardımlı rayonu istiqamətində aparılarkən sax­la­nıl­ıb.

Keçirilmiş birgə araşdırma tərdbirləri nəticəsində qeyd olunan qa­nun­suz miqrasiya kanalının təşkilatçıları ifşa edilib.

Saxlanılmış əcnəbilərin Azərbaycan hüdudlarından kə­na­ra çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR