Al Jazeera: "Azərbaycanın müdrik xarici siyasəti bütün qonşularla yaxşı münasibətlərdə olmağa imkan verir"

Al Jazeera: "Azərbaycanın müdrik xarici siyasəti bütün qonşularla yaxşı münasibətlərdə olmağa imkan verir"
15:27 12 Aprel 2018
64 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın çevikliyi və müdrik xarici siyasəti Azərbaycana bütün qonşularla yaxşı münasibətlərdə olmağa imkan verir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalında Azərbaycanda prezident seçkilərinə həsr olunmuş reportajında deyilir.

Qeyd olunur ki, hazırda Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardandır:

"Ölkə Rusiya və Qərblə balanslaşdırılmış münasibətləri dəstəkləyir. Bir çoxları Azərbaycanı irimiqyaslı mədəni və idman tədbirləri keçirən beynəlxalq oyunçu kimi tanıyır".

Bundan başqa, reportaj zamanı Böyük Britaniyanın "Chatham House" proqramının analitiki Stanislav Pritçin qeyd edib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması sahəsində əsas tərəfdaşlarından biridir.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR