ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri heç Bakıya gəlmədən də elə Varşavada oturub Azərbaycanda keçirilmiş prezident seçki ilə bağlı hesabatı hazırlayıb dərc edə bilərdilər. Onlar deyirlər ki, seçki prosesində rəqabət olmayıb, azadlıqlar pozulub, məhdudlaşdırılıb və belə şəraitdə azad seçki ola bilməz. Onda nə üçün, ümumiyyətlə, Azərbaycana gəlmişdilər?! Onların hesabatı öncədən hazırlanmış, qərəzli sənəddir.

"Bunlar 25 ildir hər bir seçkimizə mız qoyurlar"

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilmiş 11 aprel 2019-ci ildə keçirilmiş prezident seçkisi ilə bağlı yaydığı hesabata münasibətində bildirib.

"Bunlar 25 ildir hər bir seçkimizə mız qoyurlar"

Millət vəkilinin fikrincə, bu, sadəcə, onların Azərbaycana qarşı ideoloji yanaşmasıdır: "Kimin nədən xoşu gəlir və ya gəlmirsə, öz mövqeyini bildirir. Axı bu böyük və nüfuzlu beynəlxalq təşkilatdır. Onları bura müşahidə aparmaq üçün göndəriblər. Ona görə də hesab edirəm ki, onların yazdığına heç əhəmiyyət verməyə də dəyməz".

"Bunlar 25 ildir hər bir seçkimizə mız qoyurlar"

"Bunlar 25 ildir hər bir seçkimizə mız qoyurlar"

İddia var, fakt yoxdur - Qərəzli hesabat ictimaiyyətin və jurnalistlərin narazılığına səbəb oldu - VİDEO