Vətəndaşları BP şirkətinə işə düzəltmək adi ilə belə aldatdı

Vətəndaşları BP şirkətinə işə düzəltmək adi ilə belə aldatdı
14:59 13 Aprel 2018
68 Digər
Ölkə mətbuatı
A- A+

Dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində Pərvin Hüseynzadə ifadə verib. O, ifadəsində "bp" şirkətinə işə düzəlmək üçün Seymur Əhmədova 4 min manat pul verdiyini deyib: "Dedi ki, Neftçilərin bayramıdır, saat 12-yə kimi çalış pulu çatdırasan. Ona 4 min manat vermişdim. Sonradan dedi ki, sənədlər müsabiqədən keçməyib. Dəfələrlə zəng vurdum, cavab vermədi, sonra isə telefonuna zəng çatmadı. İşin bu yerə çatmağı ağlıma da gəlməzdi".

 

Təqsirləndirilən Seymur Əhmədov şahidin dediklərini təsdiqləyib.

 

Proses aprelin 19-da davam etdiriləcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxs BP neft şirkətinə işə düzəltmə adı ilə 6 nəfərə 20 min manata yaxın ziyan vurub.

 

Həbs edilən S. Əhmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR