ABŞ prezidenti Donald Trampın "canavar"ına qovuşmasına bir neçə ay qalıb.

Söhbət Tramp üçün özəl hazırlanan limuzindən gedir.

İlkin məlumata görə, dəyəri 1.5 milyon dollar olan cadillac markalı avtomobil Obamanın era modelinin yerinə Tramp üçün istehsal edilib.

Avtomobil 20 santimetr qalınlıqda qapılara, bomba keçirməyən daxili hissəyə və hər hansı kimyəvi hücuma qarşı istifadə edilmək üçün hazırlanan oksigenlə təminedilmə xüsusiyyətlərinə malikdir.