Mərdanovdan əməliyyat: məmur qardaşı narkotiklə tutuldu

Mərdanovdan əməliyyat: məmur qardaşı narkotiklə tutuldu
22:47 11 Yanvar 2015
249 Digər
Ölkə mətbuatı
A- A+

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklə mübarizə çərçivəsində növbəti əməliyyat keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində 5 nəfər rayon sakini həbs edilib. Məlumatda bildirilir ki, onların arasında rayonun Dəvəçikənd sakini, 3 saylı məktəbin direktorunun qardaşı Hacəhməd Günəşov da var.

Məlumatda deyilir ki, Şabran sakininin üzərindən satmaq üçün nəzərdə tutulan külli-miqdarda narkotik maddə aşkarlanıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl də Şabran polisi bir neçə belə əməliyyat həyata keçirib.

Xatırladaq ki, rayonun polis rəisi Əli Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/318503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR