Dünyanın ən nüfuzlu ŞƏXSLƏRİ - Putin siyahıdan çıxarıldı

Dünyanın ən nüfuzlu ŞƏXSLƏRİ - Putin siyahıdan çıxarıldı
05:53 21 Aprel 2018
159 Digər
Ölkə mətbuatı
A- A+

"Time" jurnalı 2018-ci ilin 100 nüfuzlu insanının siyahısını tərtib edib.

Publika.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu dəfə Rusiyadan heç kim o siyahıya düşə bilməyib. Siyahı jurnalın internet saytından yayımlanıb.

Nüfuzlu jurnalın "Liderlər" kateqoriyasında ABŞ prezidneti Donald Tramp, Britaniya şahzadəsi Harri və onun nişanlısı amerikalı aktrisa Meqan Markl, Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trüdo, Şimali Koreya lideri Kim Çen In da var.

2014-2017-ci illərdə jurnalın siyahısında Rusiya prezidenti Vladimir Putin olsa da, bu il o, siyahıya daxil edilməyib.

İdmançılar, iş adamları, mədəniyyət xadimləri "Artistlər", "İkonalar" və "Titanlar" kateqoriyasında yer alıb.

Jurnalın versiyasına görə, bu il bu nominasiyaya aktrisa Nikol Kidman, rejissor Gilermo del Toro, teleaparıcı Cimmi Kimmel, müğənni Rihanna və Cenifer Lopes layiq görülüb.

"Time" jurnalı ilk dəfə 1999-cu ildə dünyanın "100 nüfuzlu şəxsi"nin siyahısını yayımlayıb.

Jurnalın nümayəndələrinin fikrincə, siyahı dünyanın vəziyyətinə təsir göstərə bilən insanları əhatə edib. Bu siyahıya müxtəlif təşkilatlar, birliklər və kollektivlər də daxildir. Dünyanın ən nüfuzlu şəxsləri olan siyahı oxucuların fikirləri ilə fərqli də ola bilər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/238285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR