Borca görə axtarışda olan 18 nəfər saxlanıldı

Borca görə axtarışda olan 18 nəfər saxlanıldı
13:23 21 Aprel 2018
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/238319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR