AZAL-ın təyyarəsi məcburi eniş etdi

AZAL-ın təyyarəsi məcburi eniş etdi
21:22 21 Aprel 2018
109 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Gəncə-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo" hava limanında məcburi eniş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə AZAL-ın "Facebook" səhifəsində yayılan məlumatda deyilir.

Məlumatda bildirilir: "Moskvanın "Vnukovo" hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-830 reysi "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib. Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/644392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR