Şabranda iki maşın toqquşub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

00:37 12 Yanvar 2015
157 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 00:32 ]


Şabran. Vəli Turan-APA. Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza 10 SH 313 dövlət nömrə nişanlı “VAZ 2106” markalı maşınla “Nissan Tida” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ 2106”da olan Azad adlı bir nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Onlar “Nissan Tida”nın sürücüsü Məmmədov Ehtiram Məmmədhüseyn oğlu, “VAZ 2106”da olan Əliyev Emin Vahid oğlu,Məhərrəmov Rafael Feyruz oğlu və Nadirov Rəsul Elman oğludur.

 

Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR