Erkan Aydın 14 il əvvəl İzmirdəki evində tibb imtahanına hazırlaşarkən anidən halı pisləşib.

Metbuat.az xəbər verir ki, həmin vaxt 24 yaşı olan gənc həkim boynunda şiddətli ağrılar hiss etməyə başlayıb. Alt mərtəbədə yaşayan valideylərinin yanına gedib. Ailəsi 20 dəqiqə içində Erkan aydını xəstəxanaya aparıb. Amma xəstəxanaya çatdıqda artıq onun ürəyi dayanmışdı.

Erkan Aydın milyonda bir görünən Transvers milyerit xəstəliyinə tutulur və həmin gündən etibarən boyundan aşağısını hərəkət etdirə bilmir. 2004-cü il 2 Noyabr tarixində girdiyi Ege Universiteti Tibb Fakültəsi Xəstəxanası reanimasiya şöbəsindən 10 il sonra çıxa bilib. 4 il də evində süni tənəffüs cihazına bağlı olaraq müalicəsi davam edib. Gənc həkim öz həmkarlarına salam göndərərək, təşəkkürünü bildirib.

Yoğun bakımdan 10 yıl sonra çıktı bakın ne yaptı

http://matbuat.az/news/938401/insanlara-ve-pisikle...