Milli.Az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının Avropa çempionatında iştirak edəcək komandanın heyəti açıqlanıb.

Yığma komandamız çempionatda turnirində tam heyətlə çıxış edəcək. Baş məşqçisi Şaban Donat olan komandamızı Avropa çempionatında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Emin Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev, (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubova (130 kq) təmsil edəcək.

Avropa çempionatında çıxış edəcək güləşçilərimizin adı açıqlandı - SİYAHI

Qeyd edək ki, Avropa çempionatı 30 apreldə Rusiyada, Dağıstanın Kaspiysk şəhərində start götürəcək.

Zəfər Tağı
Milli.Az