"Yuventus" futbolçuları matça qırmızı dodaq boyası çıxdılar - FOTO

"Yuventus" futbolçuları matça qırmızı dodaq boyası çıxdılar - FOTO
15:38 24 Aprel 2018
101 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A seriyası çempionluq yarışının taleyini müəyyən edən “Yuventus” – “Napoli” matçında qəribə nüans qeydə alınıb.

Publika.az xəbər verir ki, “Yuventus” komandasının futbolçuları meydançaya yanaqlarına qırmızı dodaq boyası çəkərək çıxıb.

Bu nüans tribunaların və kameraların diqqətini matçdan çox çəkib. Dodaq boyasının ailədaxili zorakılığa son qoymaq və bu problemə diqqət çəkmək üçün təşkil edilən bir layihənin parçası olduğu bildirilib. Layihə “WeWorld Onlus” adlı italiyan firmasının təşkilatçılığı ilə keçirilib. Kampaniya sosial mediada "unrossoallaviolenza" (zorakılığa qırmızı kart) haştağı ilə paylaşılıb.

Qeyd edək ki, matç 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR