Prezident Administrasiyası üçün yeni 20 MƏRTƏBƏLİ BİNA TİKİLƏCƏK

Prezident Administrasiyası üçün yeni 20 MƏRTƏBƏLİ BİNA TİKİLƏCƏK
13:53 25 Aprel 2018
22 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyası üçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib.

Publika.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən APA-ya verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/238797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR