Gəncədə köçkün sanatoriyasında yanğın baş verib

Gəncədə köçkün sanatoriyasında yanğın baş verib
19:34 25 Aprel 2018
58 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib. Lent.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb. Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.

Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında Komitənin əməkdaşları dərhal həmin ərazidə olmuş, mövcud vəziyyətlə yerində tanış olub. Məlumatda o da bildirilir ki, operativ tədbirlər nəticəsində Alıməmmədov Malik Hidayət oğlunun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq köməklik göstəriləcək.
Bununla bağlı əlavə məlumat veriləcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR