İndoneziyanın Bogor şəhərində uşaq maskası taxılaraq diləndirilən meymunun görüntüləri görənləri təəcübləndirib.
Metbuat.az xəbər verir ki, üzündə maska, günəş eynəyi və başında sarı parik olan meymunu görən sürücülər təəcüblənərək nə edəcəyini bilməyib.
Dilənən meymunun görüntüləri sosial şəbəkədə maraqla qarşılanıb. Bəziləri bu hadisəni gülünc olaraq qarşılayıb. Bəziləri isə bu vəziyyəti işgəncə olaraq qiymətləndirib.