Aktyor Ərdoğan barədə iddialı danışdı: “məndən başqası...”

Aktyor Ərdoğan barədə iddialı danışdı: “məndən başqası...”
08:11 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış aktyoru Nejat İşler ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan obrazını canlandırıb – canlandırmayacağı barədə suala cavab verib. ANS PRESS-in məlumatına görə, Ankara “Tətbiqat səhnəsi”ndə suallara cavab verən aktyorun cavabı əvvəlkindən fərqli olub. Bunun mümkün olduğunu deyən aktyor, bu istiqamətdə yeganə sima olduğunu iddia edib.

“Təbii ki, belə bir obrazı canlandıraram. Hökumətin layihəsi deyilsə və ssenari yaxşı yazılıbsa niyə canlandırmayım? Bu mənim işimdir. Bundan başqa Türkiyədə bu istiqamətdə yeganə sima mənəm”.

Nejat İşler həmçinin bənzərliyi səbəbindən Ərdoğanla qohum olması barədə məlumatın da doğru olmadığını deyib.

Xatırladaq ki,Nejat İşler illər əvvəl Ərdoğana bənzədilməsi fikrini aqressiv qarşılamış və onun obrazının canlandırılması barədə suala müsbət cavab verməmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR