Bu gün Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürəcək.

Azərbaycan Güləş Federasiyasından Metbuat.az-a verilən məlumata görə, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışacaq.

Püşkatmanın nəticəsinə əsasən, güləşçilərimizin ilk rəqibləri bəlli olub.

55 kq
1/4 final - Nugzari Tsurtsumia (GEO) - Eldəniz Əzizli

63 kq
1/8 final - Levani Kavjaradze (GEO) - Taleh Məmmədov

77 kq
1/8 final - Elvin Mürsəliyev - Riccardo Vito Abbrescia (İTA)

87 kq
1/8 final - İslam Abbasov - Roman Jernovetski (İSR)

130 kq
1/8 final - Vladislav Voronyi (UKR) - Türmən Eyyubov

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Messidən növbəti - REKORD - Oxumaq üçün tıkla