"5/5"də qonaq olan müğənni Zamiq Hüseynov aparıcı Zaur Kamala illər öncəki kadrlarının efirdə göstərilməməsini xahiş edib.

Milli.Az xəbər verir ki, müğənni bunun səbəbini "Elə bil ki, üz cizgiləri o görüntülərdə formalaşmayıb, uşaqsan, nə isə artıqdır" sözləri ilə izah edib.

Aparıcı Zamiqin açıqlamasını "Elə görüntülərin var ki məndə, efirdə versəm, heç oxumarsan" fikirləri ilə cavablandırıb. Müğənni həmin kadrların verilməməsi üçün israr edib. Zaur Zamiqin istəyini yerinə yetirib.

Qeyd edək ki, müğənni may ayında toyu olacağını açıqlamışdı. Zamiq Hüseynov toyunun mətbuat mənsubları üçün qapalı keçiriləcəyini də demişdi.

Verilişdən həmin kadrları təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Elə görüntülərin var ki, efirdə göstərsəm ..." - Toya hazırlaşan Zamiqi arxiv VİDEOsu  UTANDIRDIZamiq efirdə həmin görüntülərinin verilməsini QADAĞA QOYDU