Cənubi Afrikada bir vəhşi yaşayış parkında qorxu dolu anlar yaşanıb.
Metbuat.az xəbər verir ki, bir turist tərəfindən çəkilən görüntülərdə parkın işçisi olan bir adam aslanların olduğu yerdən çıxmaq istəyərkən görülür.
Həmin vaxt kadra daxil olan bir aslan qaçaraq adama doğru gəlir və ona hücum çəkir. Turistlər gözlərinin qarşısında baş verən hadisədən şoka girib, yaşlı adama kömək çağırırlar.
Parkın işçilərindən biri heyvana tüfənglə atəş açıb. Heyvanı qorxudaraq adamı xilas etmək istəyən işçi 3 dəfə atəş açdıqdan sonra məqsədinə çatıb.
Daha sonra yaşlı adam xəstəxanaya yerləşdirilib. Adamın vəziyyətinin kritik olduğu bildirilib. Video sosial şəbəkədə minlərlə insan tərəfindən izlənilib.

