"Southwest Airlines" aviaşirkətinin təyyarəsi ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində qəza enişi edib.
Metbuat.az-ın məlumatına görə, enişə səbəb təyyarənin illüminatorlarının birinin çatlaması olub.
Məlumata əsasən, 957 nömrəli reysi icra edən təyyarə Çikaqodan Nyu-Cersi ştatına yollanırdı. Təyyarə Klivlend aeroportunda texniki baxış üçün enmək məcburiyyətində qalıb.
Xəsarət alanlar barədə məlumat verilmir. Bəzi KİV-lərin yaydığı məlumata əsasən, təyyarənin 76 sərnişininə digər təyyarə təşkil olunub.