Çorumda bir gənc qızın 5 gündür məzarlığa gələrək bir məzarın başında ağlamağı vəzifəlilərin diqqətini çəkib.

Metbuat.az xəbər verir ki, qızın diqqət çəkdikdən sonra oradan uzaqlaşdığı iddia edilən hadisəylə bağlı sirr hələ də davam edir. Son dəfə dünən axşam məzarlıqda görünən gənc qız bu dəfə gəlməyib.

Çorum Hüquq-mühafizə orqanları gənc qızı tapmaq üçün geniş əhatəli bir araşdırma başladıb. Dünən gecə polis komandası sirli qızı tapmaq üçün Ulu məzarlığın yerləşdiyi Hıdırlık küçəsində və ara küçələrdə axtarışlar edib. Lakin axtarışlar nəticə verməyib.

Axtarışlar başladığı andan etibarən məzarlığın girişində və ətrafında toplanan vətəndaşlar axtarışları maraqla izləyib. Polis komandası axtarış edərkən bir neçə nəfər məzarlığın arxa divarına nərdivan qoyaraq içəri girməyə çalışıb. Polisin müdaxiləsiylə bölgəyə toplanan vətəndaşlar uzaqlaşdırılıb.

Məzarlıq işçiləri qızı gördükləri məzarın başına məktub yazıb, qoyaraq kim olduğunu öyrənməyə çalışıblar. Məktuba cavab yazması üçün məzarın yanına kağız-qələm qoyublar. Amma dünən axşam orada yenə ağlayaraq görünən qız məktuba cavab yazmayıb.

Dün gece herkes oradaydı! Gizemli kız bu kez mezarlığa gelmedi...

Dün gece herkes oradaydı! Gizemli kız bu kez mezarlığa gelmedi...

http://matbuat.az/news/944484/estetik-emeliyyatla-...