Suriyalı 13 yaşlı Zeve İbrahim dünyada nadir görülən Rothmund-Thomson sindromuna tutulub.

Metbuat.az-ın verdiyi məlumata görə, Suriyadakı terror hadisələri ilə əlaqədar ailəsi ilə birlikdə Hasake vilayətindən 2014-ci ildə İraq Kürd Regional Rəhbərliyinin Ərbil şəhərinə köç edib. Böyük müalicə ümidləri ilə gəldiyi İraqda nə hökumət, nə də Birləşmiş Millətlər damındakı təşkilatlar lazımi müalicəni etməyib.

Amansız xəstəliyə tutulmuş qızın atası İbrahim Hüseyn açıqlamasında qızının müalicəsi üçün əlində olan bütün pulları xərclədiyini, amma müsbət bir nəticə olmadığını bildirib.

Atası qızın hələ 2 aylıq olarkən yanaqlarında qızartılar yarandığını deyib. Həkimə apardıqda isə həkimlər ciddi bir xəstəlik olmadığını bildiriblər.

Zevenin günəş işığında çox qalması zərərli olduğu üçün məktəbə də gedə bilmir. Qızından bir neçə yaş böyük olan qardaşını da bu xəstəlikdən itirdiyini deyən ata qızını xilas etmək istəyir.

Vücudu bir anda çürümeye başladı! - Sayfa 2

Vücudu bir anda çürümeye başladı! - Sayfa 3

http://matbuat.az/news/944542/sarimsaq-ve-bal-qari...