Türkiyə Silahlı Qüvvələri (TSQ) Şimali İraq ərazisində terroristlərə aid dronları vurub.
Metbuat.az-ın Türkiyə mediasına istinadən bildirir ki, TSQ bu barədə məlumatı Tvitter vasitəsilə mediaya açıqlayıb. Qeyd edilib ki, vurulan dron şimaldan gələn terror qruplaşmalarına aiddir.
Bundan başqa, Hakurk bölgəsində davam edən əməliyyatlar nəticəsində terroristlərə aid mağaradan çoxlu sayda hərbi sursat ələ keçirilib.


