"Bursaspor"un futbolçusu Musa Sov keçmiş komandası qarşısında ilk matçda öz qapısına qol vurduğu üçün göz yaşlarına hakim ola bilməyib.
Milli.Az xəbər verir ki, Türkiyə Super Liqasının 32-ci həftəsində "Fənərbağça" ilə qarşılaşan "timsahlar" 2:1 hesabı ilə məğlub olub.
"Kanaryalar"ın keçmiş futbolçusu Musa Sov bu dəfə "Bursaspor" forması ilə "Ülkər" stadionuna çıxıb. Amma bu matç Musa üçün yaxşı bitməyib. Öz qapısına qol vuran, daha sonra 100%-lik qol şansını əldən qaçıran futbolçu göz yaşlarını saxlaya bilməyib.
"Bursaspor" futbolçuları ilə yanaşı keçmiş komanda yoldaşları da Sova dətək olmaq üçün onun yanına gəlib.
.jpg)
Türkiyə Super Liqası - 32-ci tur
"Fənərbağça" - "Bursaspor" - 2:1
Qollar: 71.Musa Sov(ö.q), 90.Fernandao - 69.Furkan Soyalp
Adil Nəcəfov
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
