Müəyyən tədbirlər görülməlidir ki, Avropa İttifaqına daxil olan ölkələrdən olan fiziki və hüquqi şəxslər işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyətlə məşğul olmasınlar.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Xarici İşlər Nazirliyinin idatrə rəisi, səfir Kamil Xasıyev bildirib.
K.Xasıyevin sözlərinə görə, əcnəbilər Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olurlar: "Bir daha vurğulmaq istərdim ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və status-kvo qəbuledilməzdir. Beynəlxalq normalar bunu aydın şəkildə elan edir. Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Azərbaycan qarşı ərazi iddiası irəli sürür. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".
Milli.Az