Ötən gün Osmaniyedə baş verən bıçaqlanma hadisəsi zamanı həyatını itirən Nuh Tufan Öztürkün ölümü böyük bir ailə faciəsini ortaya çıxarıb.
Metbuat.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, uzun illər satıcılıqla məşğul olan Öztürk ailəsi həyatlarının ilk facisəsini 1994-cü ildə yaşayıb. Atasının yanında kasetçilik edən 16 yaşındakı Nuh Öztürk bir dava əsnasında bıçaqlanaraq öldürülüb. İki il sonra ailənin bir uşağı da dünyaya gəlib. Onun adını da Nuh Tufan qoyublar.
İlk övlad itkisini 24 il əvvəl yaşayan ailə ötən gün aldıqları xəbərlə ikinci dəfə sarsılıb. Osmaniyədə əsgərlik edən jandarma Nur Tufan Öztürk dayanacaqda gözlədiyi zaman Velican Akın adlı qaçaq əsgər olduğu bildirilən şəxslə mübahisə zamanı bıçaqlanıb. Ürəyindən bıçaaqlanan Nuh Tufan Osmaniye Dövlət Xəstəxanasında həyatını itirib. Velican akın saxlanılaraq, həbs olunub.

