"Galaxy Note 9" ilə yeni dövr başlayır

Samsung şirkəti yaxın günlərdə yeni "Galaxy Note 9" modelini satışa çıxaracaq.

Metbuat.az xəbər verir ki, Samsung şirkəti "Galaxy S8" və "Note 8"-də yer alan oxşar funksiyalara görə şikayətlər alıb. Yeni modeelə şirkət bütün narazılıqları aradan qaldıracaq kimi görünür.

"İnfinity Display" ilə dizayn olunacaq bu modeldə 3D dərinlik sensoru ola bilər. Bu funksiya nəticəsində üz oxumaq texnologiyasında yeni cığır açılacaq kimi görünür.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR