Latviya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Publika.az xəbər verir ki, bu posta Miksu Pataleynens təyin edilib.

Xəbəri Latviya Futbol Federasiyası yayıb. Baş məşqçi ilə UEFA Millətlər Liqasının qrup oyunlarının sonuna qədər müqavilə imzalanıb. Komanda öz qrupunda birinci yer tutsa, 51 yaşlı çalışdırıcı ilə müqavilənin müddəti Avro-2020-nin seçmə mərhələsinin sonuna kimi uzadılacaq.

Qeyd edək ki, Latviya yığması ilə millimizin ilk oyunu iyunun 9-da Riqadakı "Dauqava" stadionunda keçiriləcək.