ABŞ-da modellik edən 18 yaşındakı Olya Langille kariyerasında irəliləyə bilmək üçün Floridada iş görüşməsi etdiyi zaman bir xəstəxanada həkim olan Naval Pariklə tanış olub.

Metbuat.az xəbər verir ki, iddiaya görə gecə klubunda əyləndikdən sonra həkimin evinə gedən cütlük narkotik maddə qəbul ediblər. Parik səhər oyandıqda gənc qızın hərəkətsiz olduğunu gördükdə polisə və təcilə yardıma xəbər verib.

Gənc qızın həyatını itirdiyi müəyyən olunub. Həkim Parik polis tərəfindən saxlanılaraq gecə boyunca narkotik maddə istifadə etdiklərini etiraf edib. Parik Langillenin yüksək dozalı narkotik maddədən ölə biləcəyini deyib. Daha sonra Parik sərbəst buraxılıb və xəstəxanasına

Cəsədin yarılmasından sonra gənc modelin həqiqətən də yüksək dozalı narkotik maddədən öldüyü müəyyən olub.

https://metbuat.az/news/949177/gilasin-bilinmeyen....