Fransanın Strasburq şəhərində sağlamlıq sistemində baş verən bir hadisə ölkədə gündəmə səbəb olub. Metbuat.az xəbər verir ki, Naomi Musenga adlı qız 29 dekabr tarixində qarnındakı dözülməz ağrılardan şikayətlənərək təcili yardıma zəng edib.

22 yaşlı gənc qız təcili yardıma zəng edərək “ çox ağrım var, ölürəm” deyərək kömək istəyib. Təcili yardım işçisi isə ona “ hər kəs bir gün öləcək, evə həkim çağır” cavabını verib və telefonu söndürüb. Bir müddət keçdikdən sonra Musenga yenidən təcili yardıma zəng edib. Təcili yardım maşını ilə xəstəxanaya aparılan qız bütün müdaxilələrə baxmayaraq infarkt keçirmək nəticəsində həyatını itirib.

Gənc qızın ölümündən sonra ailəsi şikayətçi olub. Dəqiq ölüm səbəbini müəyyən etmək üçün cəsədin yarılmasına qərar verilib.

https://metbuat.az/news/949177/gilasin-bilinmeyen....