İstanbulun Avcılar bölgəsində Ömər Güneşsu adlı adam birlikdə yaşadığı sevgilisi Nadime Tigisi şərf ilə boğaraq öldürüb.

Metbuat.az xəbər verir ki, cütlük uzun illərdir ki, birlikdə yaşayırdı. Amma aralarındakı problemlər üzündən son iki ildir ki, ayrı evlərdə yaşamağa başlayıblar. Hadisə günü adam qadını pula görə çıxan mübahisədən sonra şərf ilə boğaraq öldürüb.

Ömer Güneşsunun “qəsdən öldürmə” cinayətindən ömürlük həbs cəzasına məhkum olunması tələb olunub. Bakırköy 13-cü Ağır Cəza Məhkəməsində aparılan ilk məhkəmədə müttəhim Ömər Günəşsu hadisəni danışaraq “ hadisə günü Nadime mənə zəng etdi. Oğlu üçün pula ehtiyacı olduğunu dedi. İşdə idim. Müdirimdən borc pul istədim. Gün içində pulu verəcəyini dedi. Daha sonra Nadime ilə görüşdük. Pulun olmaması ilə bağlı aramızda mübahisə çıxdı. Məni təhqir etməyə və qışqırmağa başladı. Ətrafdakılar səsini eşitməsin deyə şərfi ilə ağzını bağlamağa çalışdım. Sonra pulu almaq üçün getdim. Mən getdikdə divara söykənmiş şəkildə dayanmışdı, yaşayırdı. Geri döndükdə burnundan qan gəlmiş şəkildə yerdə uzanmışdı. Qəsdən öldürmədim” deyib.

Nadime Tigisin qızı isə Ömer Güneşsunun dediklərinin yalan olduğunu, anasının davamlı olaraq ondan şiddət gördüyünü bildirib.

Məhkəmə heyəti Ömer Güneşsunun həbsinin davamına qərar verərək, əksikliklərin tamamlanması üçün məhkəməni ertələyib.

https://metbuat.az/news/949577/diqqet-bu-xestelere...