Yəmənə buğda daşıyan İnce İnebolu adlı türk gəmisinə raket hücumu olduğu iddia edilib.

Metbuat.az xəbər verir ki, Yəmənin Husilerin nəzarətindəki Salif limanına buğda daşıyan gəmidə partlama baş verib. Partlamadan sonra gəminin kapitanın yardım çağırışına Səudiyyə Ərəbistanın rəhbərliyindəki koalisiya birlikləri cavab verib. Səudiyyə gəmilərinin köməyi ilə türk gəmisi Jizan limanına çəkilib.

Gəmidə araşdırma edən Səudiyyə vəzifəliləri partlamanın içəridən çölə doğru baş verdiyini bildirib. Gəmidən gələn ilk görüntülərdə gəminin gövdəsinin sol tərəfində böyük bir oyuq olduğu görülüb.

Gəmi 50 ton rus buğdası ilə yüklənmişdi. Bir mütəxəssis raket hücumu ehtimalı ilə yanaşı gəminin parçalarının həddindən artıq isinməsi ehtimalının da olduğunu deyib.

Türk gəmisinə Yəməndə