Cinayət nisbətinin yüksək olduğu Brazilyanın ən sıx şəhəri San Pauloda hər kəs qəhrəman ana Katia Da Silva Sastre adlı qadından danışır.

Metbuat.az xəbər verir ki, ötən gün Sao Paulodan kənarda yerləşən özəl məktəbdən qızını götürmək üçün gedən qadın digər valideynlərlə söhbət etməyə başlayıb. Bu zaman yanlarına əlində silah olan gənc bir adam gəlib.

21 yaşlı adam silahı valideynlərə və uşaqlara uzadıb. Bu zaman polis olan 42 yaşlı Sastre yanında gəzdirdiyi silahla vəziyyətə müdaxilə edib. O, qəsbkarın 3 dəfə sinəsindən atəş açaraq onu zərərsizləşdirib. Bu hadisədən sonra Sastrenin qəhrəmalığı ölkə mətbuatında gündəm olub.


http://matbuat.az/news/951200/qeribe-toy-adet-enen...