"Rusiyanın Yerusəlimin statusu ilə bağlı mövqeyi dəyişilməz olaraq qalır. Bu şəhər iki müstəqil dövlətin - Fələstin və İsrailin paytaxtı olmalıdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiyanın Yerusəlimlə bağlı mövqeyinin dəyişilməz olduğunu təsdiqləmək istəyirəm. Şəhər iki müstəqil dövlətin - Fələstin və İsrailin paytaxtı və bütün üç təkallahlı dinlərin nümayəndələri üçün açıq olmalıdır", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

Milli.Az