"Bir edam məhkumunun son günü" tamaşasının premyerası olub

Qazax Dövlət Dram Teatrının səhnəsində fransız yazıçısı Viktor Hüqonun "Bir edam məhkumunun son günü" əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Metbuat.az xəbər verir ki, teatrın 80-ci mövsümündə Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Allahverdi Musayev, quruluşçu rəssamı isə Səyyat Məmmədovdur.

Əsas obrazı teatra dəvət olunan aktyor Mehman Dilqəmoğlu (Piriyev) canlandırıb. Digər rolları aktyorlar Hacı Hacıyev, İlqar Hacəliyev, Arif Almədədov, Yusif Qoca, Aydın Orucov və Əminə Musayeva ifa ediblər.

Əsəri dilimizə gənc şair Hikmət Orhun uyğunlaşdırıb.

Sabaha olan hava proqnozu - AÇIQLANDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR