Türkiyə Elazığda küçə ortasında qızların davasının hər saniyəsi mobil telefon kamerası ilə çəkilib.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin mərkəzində Gazi küçəsində baş verib. Verilən məlumatlara görə, 4-5 qız bilinməyən səbəbə görə küçə ortasında dava etməyə başlayıblar. Həmin an küçədən keçən vətəndaşlar qızları ayırmağa çalışıblar.

Dava edən qızlardan biri digərinin saçından tutaraq döyməyə başlayıb. Başqa bir qız isə yerdə digər qızlarla dava etməyə davam edib.

Vətəndaşların çətinliklə ayırdığı qızların həmin anları mobil telefonun kamerasına saniyə-saniyə düşüb.


https://metbuat.az/news/952712/heyeti-qazarken-ser...