"Oskar"ın xəbərçisi (FOTO)

"Oskar"ın xəbərçisi (FOTO)
10:51 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu ilin ilk mükafatlandırma mərasimi baş tutdu. ANS PRESS-in məlumatına görə, Qızıl Qlobus mükafataları öz sahiblərini tapıb. 72-ci mükafatlandırma mərasimi kino dünyasının ən prestijli mükafatları ABŞ-da, Beverli Hilldə təqdim edilib.

"Oskar"ın xəbərçisi kimi qəbul edilən "Qızıl Qlobus" da ən yaxşı kino nominasiyasının qalibi "Boyhood" (Uşaqlıq) olub.

"Ən yaxşı müzkl və komediya" nominasiyalarında qlobuslar"The Grand Budapest Hotel" (Böyük Budapeşt oteli) və "Birdman" filmləri alıb.

Mərasimə qatılan Corc Kluni və həyat yoldaşı qırmızı xalıda Pamrisdə baş verən terror hadisəsinə etiraz ediblər. Onlar qırmızı xalıya "Mən də Şarliyəm" yazılan nişanlarla qatılıblar.

Ən yaxşı aktyor - Eddi Redmayne (The Theory of Everything)
Ən yaxşı aktrisa - Culiann Mor (Still Alice)
Ən yaxşı rejissor - Ricard Linklater (Boyhood)
Ən yaxşı senari - "Birdman"
Ən yaxşı animasiya - "How to Train Your Dragon 2"
Ən orjinal musiqi - Con Legend və Kommon "Glory," Selma
Ən yaxşı əcnəbi film - "Leviathan" Rusiya



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR