Amerikada Nyu Jersey əyalətində sinif gəzintisi zamanı qorxunc bir qəza baş verib.

Metbuat.az xəbər verir ki, orta məktəb şagirdlərinin olduğu avtobus avtomobil yolunda bir kamazla toqquşaraq iki hissəyə ayrılıb. 38-i uşaq olan 45 nəfərin olduğu avtobusda 1 müəllim və 1 şagird həyatını itirib. 43 nəfər isə yaralanıb.

Məktəb avtobusu ilə toqquşan kamazın sürücüsü son iki ildə 7 dəfə qəzaya uğradığını bildirib.

http://matbuat.az/news/953343/meglubiyyete-doze-bi...