Dövlət Televiziyası cəzalandırıldı

Dövlət Televiziyası cəzalandırıldı
11:11 12 Yanvar 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin dövlət telekanalı TRT-1 cəzalandırılıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) TRT1-də yayımlanan "Diriliş, Ertuğrul" serialındakı zorakılıq səhnələrinə görə kanalı cərimələyib.

Belə ki, serialda bıçaq, qılınc, balta kimi silahlarla baş kəsmə səhnələri göstərilir. Bundan başqa döyüş, yaralanma səhnələrində qanlı görüntülər canlandırılır. Belə səhnələrdə zorakılıq görüntülərini gizlətmək üçün mozaika və s. kimi xüsusi effektlərdən də istifadə olunmur.

Bütün bu görüntülərin uşaq və gənclərə, onların psixologiya və inkişaflarına mənfi təsir edə biləcəyini nəzərə alaraq RTÜK kanalı reklam gəlirlərinin 1 faizi məbləğində cərimələyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR