Öskürək, bəlğəm, qızdırma - Ölümcül xəstəliyin əlamətləri ola bilər

Uşaqlar və böyüklər üçün ən təhlükəli xəstəliklərdən biri pnevmaniyadır. Pnevmaniya el arasında sətəlcəm adlanır.

“Bir çox pnevmaniyalar qızdırma, üşütmə, bəlğəmli və ya bəlğəmsiz öskürək, döş qəfəsində ağrılar, qızdırma ilə xarakterizə olunur”.

Bu sözləri Metbuat.az-a açıqlamasında həkim-terapevt Mətanət Cəfərova deyib. Onun sözlərinə görə, pnevmaniyanın yaranma səbəbləri virus və bakteriyal mənşəli xəstəliklərdir.

“Pnevmaniyaların təxminən 50 faizi viruslar tərəfindən törədilir. Xəstəliyə adenovirus, para-qrip viruslar və s. səbəb olur. Bakteriyaların bir çox növləri pnevmaniya yaradır. Bakterial pnevmaniyalar öz-özünə yarana bilər, eyni zamanda xəstəlik yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra inkişaf edə bilər. Xəstəlik özünü titrətmə, yüksək temperatur, tərləmə, döş qəfəsində ağrı, qısalmış tənəffüs, öskürək, yaşıl və ya sarı bəlğəmlə özünü büruzə verir”.

İctimai yerlərdə, məktəb, bağçalar, havalanması yaxşı olmayan ofislərdə virus mənşəli pnevmaniyalar daha tez yaranır. İmmun sistemi zəif olanlar, onkoloji, şəkərli diabet xəstələri, cərrahi əməliyyata məruz qalmış xəstələr, kimyəvi maddələr və zəhərlərlə kontaktda olanlar daha tez bu xəstəliyə yoluxurlar.

Xəstəlikdən qorunmaq üçün nə etməliyik?

Həkim bildirib ki,düzgün qidalanmaq çox vacibdir. Əllərinizi yuyun. Öskürərkən, asqırarkən dəsmalla ağzınızı tutun.

Həkim-terapevt əlavə edib ki, xəstəlikdən tamamilə xilas olmaq mümkündür. Xəstəliyin ağırlıq dərəcəsinə görə müalicə tətbiq edilir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR