"Azərsu" daha 4 elektron xidmət təqdim edəcək

Bu ilin sonuna qədər "Azərsu" Açıq Səhmdar Cəmiyyəti daha 4 elektron xidmət təqdim edəcək.

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, bu il "Azərsu"ya 155 minə yaxın müraciət daxil olub: "İlin sonuna qədər 500 min müraciət daxil olmasını gözləyirik".

A.Cəbrayıllı xatırladıb ki, ASC 2012-ci ildə 2, 2014-cü ildə 1, 2015-ci ildə 1, 2016-cı ildə 3, 2017-ci ildə isə 4 elektron xidmət istifadəyə verib: "Bu il daha 4 xidmətin istifadəyə verilməsini planlaşdırırıq. 2013-cü ildə 21, 2014-cü ildə 5181, 2015-ci ildə 13 644, 2016-cı ildə 40 760, 2017-ci ildə 347 283, bu ilin ilk 4 ayında isə 155 464 elektron müraciət daxil olub".

Qurum rəsmisi yeni tətbiq edilən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərinin təqdim etməsi və hesab-fakturanın müəyən edilməsi xidməti"nin dələduzluq hallarının qarşısını almağa və narazılıqların aradan qaldırılmasına imkan verəcəyini deyib: "Bu günə qədər abunəçilər üçün 450 minə qədər smart sayğac quraşdırılıb".

Hansı peşə xərçəng xəstəliyi yaradır? - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR