Ana dərdinə dözməyib intihar etdi - FOTO

Ana dərdinə dözməyib intihar etdi - FOTO
11:17 12 Yanvar 2015
290 Maraqlı
Ölkə mətbuatı
A- A+

İnanmaq çətin olsa da, faktdır, gerçəkdir. Çində qu quşu anasının ölümünə dözməyərək intihar edib. Quş özünü suda boğub.

Milli.Az Xinhua-ya istinadən bildirir ki, qu quşunun anasının ölümündən sonra özünü gölün sularında boğduğu anları çinli Yan Yan Sao çəkib.
 
"Onun yanında qoca bir qu quşu vardı. Çox yəqin ki, anası idi. Anasının suda üzən leşinin yanında dövrə vuran bala qu quşu bir qədər sonra başını suya saldı. O, özünü boğmaq istəyirdi. Başını bir neçə dəqiqə suda saxlayandan sonra qu quşu boğuldu", - Yan Yan Syao deyib.
 
Olay Çinin mərkəzindəki Henan vilayətində, Sanmensya şəhərinin mərkəzi parkında yaşanıb.
 
Milli.Az
 










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR