Fələstinli futbolçu Messinin komandasından dəstək istədi

Fələstinli futbolçu Messinin komandasından dəstək istədi
19:17 22 May 2018
90 İdman
Ölkə mətbuatı
A- A+

Fələstinli futbolçu Məhəmməd Xəlil Argentina millisindən dəstək istəyib.

Milli.Az goal.az xəbər verir ki, futbolçu cənubi amerikalıları iyunun 9-u Hayfada İsrail millisi ilə qarşılaşmadan imtina etməyə səsləyib.

"Argentina millisini bizimlə həmrəylik nümayiş etdirib İsraillə planlaşdırılan matçı boykot etməyə çağırıram. İsrailin Qəzzada dinc etirazçıları öldürməsinə heç bir bəraət yoxdur" - fələstinli futbolçu deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını elan edəndən bəri İsrail Qəzzada 102 fələstinlini öldürüb, yüzlərlə yaralanan var. Xəlilin özü dizindən yaralanaraq karyerasını bitirməyə məcbur olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/652887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR