Ankarada psixoloji problemləri olduğu iddia edilən qadın iki uşağını bıçaqlayıb və boğaraq öldürüb. Daha sonra sonra polisə təslim olub.
Metbuat.az xəbər verir ki, bir müddətdir həyat yoldaşı ilə arasında münaqişə olan Lütfiyyə A. Keçiören bölgəsi Bağlarbaşı məhəlləsindəki evində 7 yaşlı Kübranı bıçaqlayaraq, 5 yaşlı Nazı isə boğaraq öldürüb.
Lütfiyyə A. hadisədən sonra polisə zəng edərək uşaqlarını öldürdüyünü deyərək təslim olub. Hadisə yerinə səhiyyə və polis işçiləri gəlib. Polislər Lütfiyyə A.-nı nəzarətə alıb. Evə gələn səhiyyə işçiləri uşaqların öldüyünü müəyyən edib. Cəsədlər Ədli Tibb Qurumu morquna aparılıb.