Futbol üzrə Qazaxıstan və Azərbaycanın futbol yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün biletlər satışa çıxarılıb.
Milli.Az report-a istinadən xəbər verir ki, iyunun 5-də Astanada baş tutacaq görüşün biletlərinin qiyməti 500 - 2000 tengə (2,50 - 10 manat) təşkil edir.
Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi mayın 29-da Qırğızıstanla Bakı Olimpiya Stadionunda, iyunun 9-da isə Riqada Latviya kollektivi ilə də yoldaşlıq oyunu keçirəcək.
Milli.Az