İraqda Deaşlı terroristlərin həyat yoldaşlarının mühakimələri davam edir.
Metbuat.az xəbər verir ki, məhkəmələr Deaş tərəfdarı olan, hətta bəzi çıxışlarında əllərinə silah da almış olan qadınlara edam cəzası verib. “The Guardian” qəzeti bu məhkəmələrdə çəkilmiş ilk fotoları yayımlayıb. Deaşlı bir xadimin həyat yoldaşı olan qadınlara edam qərarının sadəcə 10 dəqiqə çəkən məhkəmə nəticəsində verildiyi yazılıb. Bu günə qədər edam edilən Deaşlı qadın sayının isə 40-a çatdığı bildirilib.
Fevral ayında Bağdadda bir məhkəmə türk əsilli 16 qadını Deaş terror təşkilatına qatılması ilə günahlandıraraq edama məhkum etmişdi.