Külli miqdarda narkovasitələr aşkar edilərək götürülüb

Polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində mayın 22-də keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkovasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ağababa Abbasovdan 430 qram marixuana aşkar edilib.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağtala kənd sakini Əlövsət Cəbiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR