Allahverdi Paşayev "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə yeni icraçı direktor təyin edilib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən bildiriblər.
A.Paşayev 2008-ci ildən İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, son təyinatdan əvvəl isə şöbə müdirinin müavini vəzifəsində çalışıb.
Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
İngilis və rus dillərini bilir.
Milli.Az