İngiltərənin "Everton" klubunun ulduzu Ueyn Runi xanımı, anası, qayınanası, qayınatası və oğulları ilə birlikdə Barbadosdadır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Runilər ailəsi təyyarədən enərək hava limanına daxil olanda arxalarınca 10 çemodan gətirilirdi.

"Samsonite Cosmolite Spinner" markasından olan bu çemodanların hər birinin dəyəri 429 funt-sterlinqdir.

Ueyn Runi, onun xanımı Kolin Runi, oğulları Kay (8 yaş), Klay (5), Kit (2) və Kass (2 ay), habelə anası Cannet Runi, qayınatası Toni Maklaflin və qayınanası Kolett Maklaflinlə birlikdə hava limanından otel kompleksinə yollanıblar.

Ueyn Runi ailəsi üçün həftəsi 25000 funt-sterlinqdən 18 nəfərlik kotteci icarəyə götürüb.

Milli.Az